Nardaran qəsəbəsində 12 sot torpaq sahəsində, ilboyu yaşayış üçün tam hazır bağ evi satılır.
Bağ evini 2021-ci ildə özüm üçün, keyfiyyətli və möhkəm şəkildə tikdirmişəm. Ev 295 nömrəli məktəbə yaxın, Sea Breeze-in əsas girişindən cəmi 4,5 km, əsas yoldan isə təxminən 300 metr məsafədə yerləşir.
Evin ümumi sahəsi 130 m²-dir. Evdə:
2 yataq otağı
geniş qonaq otağı
çox geniş studio-mətbəx
ayrıca çamaşırxana
2 sanitar qovşağı
böyük və daim kölgəli veranda
kombi istilik sistemi
sanitar qovşaqlarda isti döşəmə
hər otaqda ayrıca kondisioner mövcuddur.
Ev monolit konstruksiya ilə tikilib və əlavə sütunlarla möhkəmləndirilib. Tikinti zamanı gələcəkdə rahat şəkildə 2-ci mərtəbənin əlavə olunması nəzərə alınıb.
12 sotluq geniş və yaşıllıqlı həyətdə meyvə və şam ağacları, dekorativ bitkilər, 80 metr dərinliyində içməli su verən artezian quyusu, İntex basseyn üçün ayrıca betonlanmış sahə, nəzarətçi evi, anbar, mühafizə siqnalizasiya sistemi və 5 tonluq su çəni mövcuddur. Həyətin yolları beton əsaslı tametlə döşənib.
Bütün kommunal xətlər daimidir: qaz, su, işıq və internet.
Ev həm bağ evi, həm də ilboyu daimi yaşayış üçün tam yararlıdır. Əşyalı şəkildə satılır (bəzi şəxsi əşyalar istisna olmaqla).
Mülkiyyətçiyəm. Xahiş edirəm, real alıcılar əlaqə saxlasın. Qiymətdə razılaşma yalnız evə baxış zamanı mümkündür.